Dünya

Türkiyə parlamentində dava düşdü

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı hakim partiya ilə müxalifət partiyasından olan deputatlar arasında dava düşüb. 

“Sözcü” qəzetinin dekabrın 8-də verdiyi məlumata görə, büdcə müzakirələri zamanı Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Erkan Aydın kürsüdə daxili işlər naziri Süleyman Soylunu vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə ittiham edib.

Soylu müxalifətçi parlamentarilərə “Hamınız saxtakarsınız, cavab verəcəksiniz” deyib. Erkan Aydın nazirin atmacasına cavab verib. Onun sözləri hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkillərinin narazılığına səbəb olub. Deputatlar kürsünün qarşısına gələrək E.Aydının çıxışını dayandırıblar. Əvvəlcə mübahisə yaranıb, ardınca isə mübahisə dava-dalaşa çevrilib.

Parlamentin spikeri müzakirələrə fasilə vermək məcburiyyətində qalıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button