Dünya

Türkiyə Rusiyadan ballistik raketlər almaq istəyir

“Türkiyə Rusiyadan təkcə S-400 raket komplekslərini deyil, digər hərbi texnikaların alınmasında maraqlıdır. Ankara hazırda onun işinə yarayacaq bu tip silahlarla maraqlanır”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Türkiyənin Hərbi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general İsmayıl Hakkı Pekin “Polit Ekspert” qəzetinə verib.

O deyib ki, Rusiya və Türkiyə xeyli müddətdir silah məsələləri ilə bağlı əməkdaşlıq edirlər. Onun sözlərinə görə, S-400 komplekslərinin alınması bu sahədə atılmış addımlardan biridir. “Bəli, biz S-400-ləri almışıq və bundan məmnunuq. Türkiyə öz hava məkanını qorumaq üçün çalışır və bu raket kompleksi də onun işinə yarayır. ABŞ bir çox hallarda öz müttəfiqlərini düşünmür və onlara dəstək olmur. Ona görə də, Ankara ABŞ-dan üz çevirib, öz hava məkanını qorumaq üçün Rusiyadan silah almalı oldu”.

İsmayıl Hakkı Pekin hesab edir ki, S-400-lər öz işlərini görürlər. “Onların alınması həm siyasi, həm də strateji addım idi. Biz nə etdik? Bbiz Amerikaya dedik: “Bizə silah lazımdır. Siz həmin silahları bizə verə bilmirsinizsə, o zaman biz məcbur şəkildə düşmənlərinizdən, yəni Rusiyadan onları alacağıq”. Bu Vaşinqtonu xeyli qorxutdu. Ona görə ki, NATO-da ikili standart özünü göstərməyə başlamışdı. Bir qədər də ətraflı deyib ki, bu addım Alyansın digər üzvlərinin də silah almaq üçün Rusiyaya üz tutacağına gətirib çıxara bilərdi. Türkiyə NATO ölkələrinə nümayiş etdirdi ki, bizim üçün ölkəmizin təhlükəsizliyi hər şeydən üstündür. Düşünürəm ki, bu kifayətdir. Mənə görə, S-400 bizim üçün lazım olanı edir və ondan imtina etmək fikrimiz yoxdur”.

Türk general maraqlı bir məqama da toxunub. O bildirib ki, Türkiyə hazırda Rusiayadan ballistik raketlərin alınması istiqamətində işlər görür. “Əgər imkan olacaqsa, Ankara bu tip raketlərdən əldə etmək fikrindədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button