Dünya

Türkiyə və Ermənistan xüsusi nümayəndə təyin edirlər

Türkiyə Ermənistanda xüsusi nümayəndə təyin edəcək. “Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Nazirin sözlərinə görə, xüsusi nümayəndənin təyin olunmasında məqsəd iki ölkə arasında birbaşa dialoqun təmin edilməsidir.

Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanda hələ səfirlik açmağa tələsmir: “Ermənistan son baş verənlərdən dərs alıb düzgün nəticə çıxararsa, Qafqazda sülhün, rifahın bərqərar olmasını seçərsə, əlaqələrin normallaşması mümkündür. Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək”.

Bu gün Ermənistan tərəfi də Türkiyədə xüsusi nümayəndəliyin açılacağı ilə bağlı açıqlama verib.

Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Türkiyənin nümayəndəlik açmaq barədə qərarını alqışlayırlar və onlar da dialoqa başlamaq müvafiq nümayəndə təyin edəcəklər.

Ermənistanın 1993-cü ildə Azərbaycan torpaqlarını işğal edəndən bəri Türkiyə bu ölkəylə sərhədlərini bağlamışdı. 2008-ci ildə iki ölkə münasibətləri normallaşdırmaq üçün danışıqlara başlasalar da, Azərbaycan tərəfinin kəskin reaksiyasından sonra ikitərəfli təmasla dayandırılmışdı. 44 günlük müharibədən sonra iki ölkə rəsmiləri təmasları artırmaq barədə razılığa gəliblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button