Dünya

Türkiyədə 13 yanğın ocağını söndürmək üçün fasiləsiz mübarizə gedir

Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarının bir çoxu nəzarət altına alınıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə yerli rəsmilər məlumat veriblər.

Son məlumatlara görə, hal hazırda 6 şəhərdə davam edən 13 meşə yanğınlarının qarşısını almaq üçün dayanmadan mübarizə aparılır. Yeni yanğın ocağı isə Muğlanın Menteşə rayonundan gəlib. Orada da yanğınların başladığı bildirilir.

Bundan başqa, Gündoğmuşda yanğınlar məhəllələrdən birinə sıçrayıb. Manavgatda isə bir məhəllə hər ehtimala qarşı boşaldılıb.

Türkiyənin Meşəçilik və Ekologiya Nazirliyi bəyan edib ki, 12 saatlıq mücadilədən sonra Dənizlidəki meşə yanğınları nəzarət altına alınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button