Dünya

Türkmənistanda evlənənlər prezidentin mahnısının müşayiətilə oynamalıdırlar

Türkmənistanın Lebap vilayətinin kəndlərində yeni evlənənlər ilk rəqslərini ölkə prezidenti Qurbanqulu Berdımuhammadovun mahnısının müşayiəti ilə oynamalıdırlar. 

Bu barədə dekabrın 17-də “Türkmənistan xronikası” xəbər verib.

Məlumata görə, yerli hakimiyyət və ağsaqqallar tələb edirlər ki, toylarda türkmən dilində mahnılar səslənsin. Bəy və gəlinin toy rəqsi isə prezidentin mahnılarından birinin təranələri altında baş tutmalıdır.

Bundan əlavə, sakinlərdən təmtəraqlı toylar keçirməmək, xörəklərin və alkoqolun həcmini azaltmaq istənilib. Hakimiyyət bunu iqtisadi böhranla mübarizə çərçivəsində tələb edir.

2021-ci ilin avqustunda Türkmənistan Baş nazirin mədəniyyət və KİV işləri üzrə müavininin təqdimatı əsasında Prezident Qurbanqulu Berdımuhammadov ölkədə toy və digər şənliklər zamanı göstərilən xidmətin dövlət tərəfindən tənzimlənməsi barədə sərəncam imzalayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button