Dünya

Ukrayna 3 kəndi azad, ruslar isə iki qəsəbəni işğal edib: Belqorodda silah anbarı partladılıb

Ukrayna ordusu daha üç kəndi Rusiya işğalçılarından azad edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Baş Qərargah məlumat yayıb.

Həmin məlumatda deyilir ki, dünən gecədən Nikolayev vilayətində geniş hərbi əməliyyata başlayan Ukrayna ordusu  Snegirevkanın qərbində yerləşən üç kəndə: Şirokoye, Lyubino və Novopetrovkaya tam nəzarəti geri qaytarıb.

Bu əsnada xəbər verilib ki, Rusiya Belqorod şəhərindəki əsas qüvvələrini Xarkov vilayəti istiqamətində cəmləyərək, səhər tezdən hücuma başlayıb. Əsas hədəf isə Üzüm şəhəridir. Ukrayna MN-in açıqlamasında deyilir ki, hazırda Üzüm şəhəri istiqamətində hücuma Rusiyanın Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri başlayıblar. Əsas döyüşlərin Barvenkovo ​​istiqamətində getdiyi deyilir. “Rusiya işğalçıları Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını, həmçinin Zavod qəsəbəsini də nəzarətə götürüb”.

Bundan başqa, Rusiya ordusu Donbas istiqamətində də aktiv hücumlara başlayıb. Hazırda bu istiqamətdə də şiddətli döyüşlərin getdiyi bildirilir.

Rusiyanın Ukrayna ilə sərhəddində yerləşən Belqorodda isə daha bir silah anbarı partlayıb. Bu bardə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. O bildirib ki, həmin silah anbarında yanğın çıxıb, daha sonra isə partlayışlar baş verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button