Dünya

Ukrayna ordusu Donetsk və Luqanskı atışə tutur: bir “DNR” əsgəri ölüb

Son iki həftə ərazində Donbas və Luqanski ətrafında vəziyyət pisləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, qısa müddətdə həm Ukrayna, həm də Rusiya bölgəyə xeyli sayda canlı qüvvə və hərbi texnika gətirib.

Bu gün səhər saatlarında isə atəşkəs pozulub. Donetskdəki qonadra rejimin nümayəndələri iddia edirlər ki, səhər saatlarından etibarən Ukrayna ordusuna məxsus artilleriya və tanklardan atəş açılıb. Atəş nəticəsində “DNR”in bir əsgəri ölüb. Onlar əhalini təcili olaraq sığınacaqlara yerləşdiriblər.

Bundan başqa, xəbər yayılıb ki, yaxın günlərdə Donetsk, Luqansk və daha bir neçə şəhərə Ukrayna diversiya qrupları göndəriləcək. Onların əsas hədəfinin şəhərlərdə qarışıqlıq yaratmaqdır.

Ukrayna müdafiə naziri Ruslan Xomçak isə bəyan edib ki, mövcud münaqişəni hərbi yolla həll etmək mümkündür və bu onların seçimində olan məsələdir.

Gələn son xəbərlərə görə, Donbas və Luqansk istiqamətində Ukrayna ordusunun artilleriya bölmələri mütəmadi olaraq “DNR” və “LNR”in hərbi dəstələrinin mövqelərini atəşə tutmaqdadır. Bundan başqa, tanklardan da ara-sıra atəş açıldığı deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button