Dünya

Zelenski: “Mən çirkli pulların yuyulması ilə məşğul olmamışam”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nə özü, nə də təsisçilərindən biri olduğu “Kvartal 95” yaradıcılıq studiyasından kimsə çirkli pulların yuyulması ilə məşğul olmayıb. 

“Radio Svoboda”-nın məlumatına görə, Ukrayna lideri “Pandora sənədləri”ndə onun ofşorlarda gəlirlərinin olması barədə yayılan iddiaları belə şərh edib. Zelenski bildirib ki, belə məlumatlar əvvəl də yayılıb: “2019-cu ildə eyni filmi oliqarx Poroşenkonun kanallarında da görmüşdüm, çünki o bilirdi ki, mənim alnım ağdır”.

“Ukrainskaya Pravda” xəbər verir ki, Zelenski eyni zamanda 2012-ci ildə ofşor şirkətindən yararlanmasını inkar etməyib: “Yanukoviç zamanında hamı öz biznesini strukturlaşdırırdı, xüsusilə KİV-lə əlaqəli biznesi. Kanalların hamısının xaricdə şirkətləri vardı, istisnasız olaraq hamısının. Çümki bu, siyasətin sənə təsir etməməsi üçün bir imkan idi”.

“Pandora sənədləri”ndə indiki Ukrayna prezidenti də daxil olmaqla, 1500-dən çox ukraynalı haqqında məlumatlar var. Məsələn, bu məlumatlarda Zelenski və komandasının 2012-ci ildən etibarən offşorlardan 40 milyon dollar əldə etdiyi iddia olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button