GündəmManşet

Ərdoğan: “Azərbaycanda hərbi baza yaratmaq istəyimiz açıqladığımız maddələrdən kənarda deyil”

Dünən Azərbaycana rəsmi səfəri başa çatan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, Ərdoğan bir çox məsələlərə, o cümlədən Türkiyənin Azərbaycanda hərbi baza yarada biləcəyi məsələsinə aydınlıq gətirib.

O deyib ki, Rusiyanın “Zəngəzur dəhlizi” layihəsinin həyata keçiriməsi məsələsini gecikdirmək niyyətində olduğunu düşünmür. “Əksinə, bu layihəni reallaşdırmaq istəyində olduğunu düşünürəm”.

Dövlət başçısı yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyini də vurğulayıb. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan deyib ki, Ermənistan özünə etimad yaratmaq istiqamətində addımları atmalıdır: “Basdırdığı minaların xəritələrini Azərbaycanla verməklə bu istiqamətdə ilk addımı atmış olacaq”.

Jurnalistin “Prezident İlham Əliyev Şuşa Bəyannaməsindən bəhs edərkən, bunu bir az da Qars müqaviləsinə bənzətdi. Azərbaycan ictimaiyyətində də Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına Ərdoğan cavab olaraq bildirib ki, bu məsələ açıqladıqları maddələrdən kənarda deyil. “Burada daha sonra addımlar ata bilərik. Hələlik, burada daha çox sərhədlərin qaranti altına, təminat altına alınması var. Hörmətli İlham Əliyevin Putinlə keçirəcəyi görüşlər, o cümlədən, bizim keçirəcəyimiz görüşlər bu məsələni fərli şəkildə inkişaf etdirə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button