GündəmManşet

Arayik maşınlarını satışa çıxarıb: Terrorçubaşı Qarabağdakı obyektlərini də pula çevirib  

Dağlıq Qarabağdakı erməni terrorçularının rəhbəri Arayik Arutyunyan istifadəsində olan avtomobilləri satışa çıxarıb. JAMAZ.İNFO xəbər verir ki, satışa çıxarılan maşınların ümumi sayı 9 ədəddir.

Onlardan 5-i TOYOTA LC 150, 4-ü isə TOYOTA LAND CRUISER 200 markalı maşınlardır. “Artsax”ın nümayəndəsi Artak Beqlaryan bildirib ki, guya, həmin avtomobillər qondarma “DQR”in “prezidenti”, “Milli Məclisi”, “DİN” və “Baş Prokurorluğu”na məxsusdur. Həmin maşınların ümumi qiyməti isə 150 milyon dram, yəni 240770 dollar təşkil edir.

Erməni saytları isə yazırlar ki, satışa çıxarılan avtomobillərin qondarma “DQR”in “parlamenti”, “DİN” və digər “qurum”larına heç bir aidiyyatı yoxdur. Onlar qeyd edilər ki, maşınlar Arayik Arutyunyan kolleksiyasına daxildir və onları müxtəlif adlar altında satışa çıxarıb. Erməni mediası yazır ki, 44 günlük müharibədən sonra Arutyunyan təkcə, maşınlarını deyil, həmçinin Qarabağdakı mülk və obyektlərinin də satışa çıxarıb. Belə ki, onun Xankəndindəki 10-dan artıq marketi müharibə bitdikdən bir ay sonra satılaraq, nəğdləşdirilib. Bundan başqa, Ağdərədəki ferması və Xankəndi yaxınlığındakı bir neçə zavodu da satışa çıxarılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button