Gündəm

AZAL Ermənistan hava məkanıyla uçmağa başladı: növbəti addım nədir?

“Azərbaycan Hava Yolları”na məxsus təyyarələr Ermənistanın hava məkanı ilə uçmağa başlayıb. Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir”. 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Ermənistanın torpaqlarımızın bir hissəsini uzun müddət işğal atlında saxlaması nəticəsində Cənubi Qafqaz iqtisadi potensialından tam olaraq istifadə edə bilməyib:
“Cənubi Qafqazın cəmi Ümumi Daxili Məhsulunun həcmi 79.2 milyard dollardır. Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır”.
Deputat onu da əlavə edib ki, növbəti addım “Zəngəzur Dəhlizinin” bərpası olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button