GündəmManşet

Corc Kent: “Rusiya Qarabağda manipulyasiya ilə məşğuldur, məqsədi problemi həll etmək deyil”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll etmək yox, onun qalmasına cəhd edir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər ABŞ Dövlət Departamentinin Avropa cə Avrasiya üzrə katibinin köməkçisi Corc Kentə məxsusdur.

O deyib ki, Azərbaycan hakimiyyəti rus sülhməramlılarının Qarabağda qalmasında heç də məmnun deyillər. “Mən tezliklə Azərbaycan hakimiyyətində rus sülhməramlılarının Qarabağda uzunmüddət qalmasından narahatlığının artacağını gözləyirəm”.

Kent Qarabağda baş verənlərin Gürcüstanda 2008-ci il avqust hadisələri ilə analogiyasını da aparıb. “Gürcüstan XİN-də çalışan müavinlərdən biri noyabrda bəyan etmişdi ki, bölgədə baş verənlər 1998-ci ilin Gürcüstanını xatırladır. Azərbaycan da eyni vəziyyətdədir və onlar da 2008-ci ilin avqustunda olduğu kimi, eyni olayla qarşılaşacaqlar. Daha sonra isə bizim hazırkı durumumuza düşəcəklər”.

Departament rəsmisi qeyd edib ki, bu, pessimist yanaşmadır. “Bu kifayət qədər pessimist yanaşmadır. Real qiymətləndirmə isə belədir ki, Rusiya Qarabağ münaqişəsi ətrafında manipulyasiya edir, özünün şəxsi maraqlarını təmin etməyə çalışır və münaqişənin həlli üçün heç bir cəhd göstərmir. Hətta Azərbaycan və Ermənistanın irəliləməsinə icazə verir».

Corc Kent bütün bunlara rəğmən, ABŞ-ın müharibənin dayanmasını alqışladığını deyir. “Biz Putinin dəstəyi ilə Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq”.

ABŞ Dövlət Departamentinin rəsmisinin rəyinə görə, hazırda Qarabağda təhlükəsizliyin təmin edilməsi ciddi prosesdir. “Hesab edirik ki, Qarabağ münaqişəsinin tam həlli üçün hər iki ölkə yekun status məsələsində razılaşmalı və həll etməlidirlər. Azərbaycan özünü qalib hesab edə bilər. Lakin bu böhranın həlli yolu deyil. Bir zamanlar Ermənistan da özünü qalib hesab edirdi. Amma problem olduğu kimi qalırdı”.

Kent Qarabağ məsələsinin həllində ATƏT-in Minsk Qrupunun vasitəçiliyini öncəlik kimi qeyd edir. O hesab edir ki, ABŞ, Fransa və Rusiya birlikdə həll yolu tapmalıdırlar.

ABŞ rəsmisi həmçinin vurğulayır ki, hazırda açıq qalan suallardan biri də Rusiyanın məqsədi ilə bağlıdır. «Rusiya Minsk Qrupunun iştirakı olmadan və onun mexanizmlərindən yararlanmadan atəşkəsə nail olub. Moskva bunu birbaşa, təkbaşına edib”.

Kent sonda bildirib ki, ABŞ Qarabağ məsələsinin həllində Azərbaycan və Ermənistana yardım etməyə hazırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button