Gündəm

Erməni kilsəsi iş başında: Arxiyepiskop Xankəndidə “qələbə” vədi verib

Dünən Xankəndindəki erməni kilsəsində Pasxa Bayramı ilə əlaqədar mərasim keçirilib. JAMAZ.İNFO xəbər verir ki, “Amaras” kilsəsinin arxiyepiskopu Parqev Maritrosyan mərasimdə çıxış edərək, ermənilərə “vədlər” verib.

Maritrosyan deyib ki, qələbə olacaq, lakin bunun üçün hər şeyi etmək lazımdır. “Həyat qayıdacaq, azadlıq qayıdacaq, qələbə qayıdacaq. Lazım gələrsə, buna az da olsa inanmaq, az da olsa gözləmək lazımdır. Vacib olan xilas olmaqdır. Bunun üçün hər şeyi etmək gərəkdir. Ən əsası isə çiyin-çiyinə verərək, istədiyimizə çata bilərik”.

P.S. Erməni kilsəsi hər zaman siyasətin içində olub. Eçmiəzdində əyləşənlər bu gün erməniləri bəlaya salan əsas qüvvə hesab olunurlar. Çünki məhz onların yalan vədləri, saxta tarix ortaya atmaları sayəsində “erməni xəstəliyi” meydana çıxıb. Və ermənilər kilsənin yalanlarına inanaraq, “Böyük Ermənistan” xülyasına düşüblər. Xankəndidəki kilsədə çıxış edən Maritrosyan da elə həmin kilsənin təmsilçisidir. Azərbaycan torpaqlarına gələrək, orada yaşayan erməniləri yenidən qızışdırmaq üçün “Qələbə vədi” verir. Bunun üçün “çiyin-çiyinə mübarizə aparmaqdan” dəm vurur. Ermənilər bundan sonra çiyin-çiyinə deyil, hətta əl-ələ də versələr, Azərbaycan qarşısında duruş gətirə bilməyəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button