GündəmManşet

Erməni politoloq: “Qarabağda bəzi dövlətlərin işləri yarımçıq qalıb, proses İran və Rusiyaya daşınacaq”

“Başa düşdüyüm odur ki, İkinci Qarabağ müharibəsinin nəticələri bir çox dövlətlərin ürəyincə olmayıb. Onların hələ də bəzi işləri yarımçıq qalıb”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı erməni politoloq Stepan Danelyan verib.

O, qeyd edib ki, həmin maraqlı dövlətlərin “yarımçıq qalmış işləri” sırasında ilk yeri Qarabağda yerdə qalan ermənilərin yaşamasının təmin edilməsi tutur. “İkinci məsələ, Sünik vilayayəti ilə bağlı problemin həllidir. Üçüncü məsələ odur ki, daha 10 minlərlə gənc ölməlidir”.

Danelyanın məntiqinə görə, Qarabağda yeni müharibə qaçılmazdır və bu dəfə həmin maraqlı qüvvələr prosesi Rusiya və İrana daşımaq niyyətindədirlər. “Elə buna görə də, Ermənistanda Rusiya əleyhinə çalışan “5-ci kalonu” formalaşdırıblar. Onların əsas missiyası prosesi davam etdirməkdir. Lakin heç kim, sual etmir ki, bu şüarlar bizə nələrə başa gələcək”.

Erməni politoloq sonda vurğulayıb ki, baş verənlərdən ən çox zərər görəcək ölkə Ermənistan olacaq. “Əgər kimsə Putinin Qarabağ və Ermənistanda “kaput” (almanca “məğlub” deməkdir –red.) olacağını düşünürsə, səhv edir. Rusiya böyük dövlətdir. Özü üçün vəziyyətdən çıxmaq üçün nələrsə düşünəcək. Amma biz, Ermənistan “kaput” olacaq. Özü də əbədilik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button