Gündəm

Ermənistan Qarabağa daha 27 milyon dollar ayırıb

Ermənistan hökuməti Qarabağa daha 13.5 milyard dram (27 milyon dollar) pul verəcək. JAMAZ.İNFO xəbər verir ki, bunu maliyyə naziri Tiqran Xaçatryan deyib.

O bildirib ki, həmin pulun 12 milyard dramı ianə şəklində veriləcək. 1.5 milyard dram isə “dövlətlərarası borc” olaraq, Qarabağa ayrılacaq ki, onun da qaytarılması prosesinə 2025-ci ildən başlanılacaq.

Onun sözlərinə görə, indiyə qədər Ermənistan tərəfi Qarabağa 199 milyard dram və ya 400 milyon dollar pul verilib.

P.S. Qəribə vəziyyətdir. Qarabağ Azərbaycan ərazisidir. Amma pulu Ermənistan ayırır. Nə bizimlə razılaşır, nə də hesablaşır. Yəni, sanki öz torpağı kimi, davranır. Bəlkə, Bakı səsini çıxara…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button