GündəmManşet

Ermənistanda silahlı dəstələr yaradılır: “Tezliklə müharibəyə başlayacağıq”

Müharibədə ağır məğlubiyyətə uğrayan ermənilər bundan nəticə çıxarmaq fikrində deyillər. Ölkədə yaranmış xaos və ayrı-ayrı qüvvələrin məğlubiyyətlə barışmamaq niyyətləri bir müddət əvvəl Hadrut istiqamətində təzahür etmişdi. JAMAZ.İNFO xəbər verir ki, Hadrutda “könüllü erməni batalyonları” partizan müharibəsi aparmaq istəyinə düşmüşdülər ki, nəticədə, Azərbaycan Ordusu 4 əsgərini Şəhid verməli olmuşdu.

Qeyd edək ki, Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatı zamanı 100-dən çox erməni “könüllüsü” əsir götürülüb. Prosesin davam edəcəyi isə rəsmi Bakı tərəfindən bəyan edilib. Amma görünən odur ki, ermənilər dinc oturmaq fikrində deyillər. Belə ki, Laçın rayonu ərazisindən Azərbaycan torpaqlarına daxil olan silahlı dəstələrin olduğunu artıq düşmənin özü də etiraf etməyə başlayıb.

Bir neçə gün əvvəl xarici media nümayəndələri həmin qrupları yaradan bir neçə “batalyon komandiri” ilə görüşərək, reportaj hazırlayıb. Pavel və Vazgen adlı həmin ermənilər bildiriblər ki, onların dəstələri Qarabağda Azərbaycan Ordusuna qarşı hücumlar təşkil etmək fikrindən vaz keçməyiblər. “Biz revanşa hazırlaşırıq. Biz imkan verməyəcəyik ki, 8000 kvadrat kilometr ərazimiz onlarda qalsın”.

Erməni “könüllüləri” daha sonra deyiblər ki, hazırda əsas məqsədləri iki diviziya formalaşdırmaqdır. “Hədəfimiz həmin diviziyaları yaradıb, tam təhciz etməkdir. Əsasən də ağır texnikaya ehtiyacımız var. Yaxın vaxtlarda bu problemlərin hamısı həll olacaq”.

Pavel adlı erməni daha sonra bildirib ki, əsl müharibə indi başlayıb. “44 gün davam edən müharibə başlanğıc idi. Hazırda soyuq müharibə gedir. Tezliklə aktiv müharibə start götürəcək”.

Erməni “könüllüləri”nin rəhbəri iddia edib ki, onlar tez zamanda bağlanılmış üç tərəfli müqavilənin şərtlərini bir kənara atıb, müharibəyə başlayacaqlar. “Həmin müqavilə Azərbaycanın Ermənistandan daha çox güzəşt qoparmasını hədəfləyir. Biz buna imkan verməyəcəyik. Tezliklə müharibəyə başlayıb, müqavilənin şərtlərini bir kənara atacağıq”.

Qeyd edək ki, erməni silahlı dəstələrinin komandiri olaraq özlərini təqdim edən Pavel və Vazgen iddia ediblər ki, onların kiçik qrupları davamlı olaraq işğaldan azad olunmuş torpaqlarımıza gələ bilirlər. “Bu günlərdə Azərbaycan Ordusunun bütün hərəkətini izləmək imkanımız oldu. Hara olduğunu soruşmayın. Amma biz istədiyimiz zaman Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə gedə bilirik”.

Silahlı quldur dəstəsinin başçısı Azərbaycan tərəfini hədələməkdən də çəkinməyib. O deyib ki, hazırda əsas hədəfləri Azərbaycanda olan erməni əsirlərin geri alınmasıdır. “Bizdə olan məlumata görə, hazırda Azərbaycanda 200-dən çox erməni əsir var. Biz onların təhvil verilməsini tələb edirik. Əks təqdirdə, onlarla dəyişmək üçün biz də əsir götürəcəyik”.

P.S. Bildirək ki, ermənilər məğlubiyyətləri ilə heç bir vəchlə barışmaq istəmirlər. Onların Qarabağda və Ermənistanla sərhədd ərazilərdə təxribat törədəcəkləri istisna deyil. Ermənistanda hazırda başıpozuq dəstələrin çoxluğu və onlara hakimiyyətin nəzarəti itirməsi terror riskini artırır ki, Azərbaycan tərəfi də məsələdə kifayət qədər diqqətli olmalıdır. Onu da qeyd edək ki, rəsmi Bakı bəyan edib ki, əgər ermənilər yenidən müharibəyə başlayarsa, bu dəfə heç bir güzəşt olmayacaq.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button