Gündəm

“Ermənistanın Zəngəzur Koridorunun açılması ilə bağlı hər hansı problemi yoxdur”

“Azərbaycan tərəfinin Zəngəzur Koridoru barədə danışması qəribədir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan sənayesinin inkişaf etməməsinin əsas problemi regionda kommunikasiyanın olmamasıdır. “Bizi kommunikasiyaların açılmsı ilə qorxudurlar. Üstəlik, koridordan danışırlar. Dorğusunu bilmək istəyirsizsə, Azərbaycan rəhbərliyinin bu barədə açıqlaması qəribədir”.

Paşinyan qeyd edib ki, üçtərəfli bəyanatda kommunikasiyaların açılmasından bəhs olunur, lakin bircə kəlmə də olsun koridor barəsində söhbət getmir. “Biz heç vaxt nə rəsmi, nə də qeyri-rəsmi görüşlərdə koridor məsələsinin müzakirə etməmişik. Söhbət Mehridən gedir. Əgər söhbət sərhədlərin aşılmasından gedirsə, o zaman Ermənistan tərəfinin koridorla bağlı hər hansı bir problemi yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button