Gündəm

İlqar İbrahimoğlu sərbəst buraxıldı: Daha bir neçə dindarın saxlanıldığı deyilir

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında DAVAMM təşkilatının rəhbəri, İçərişəhər “Cümə” Məscidinin axundu Hacı İlqar İbrahimoğlu saxlanılmışdı. JAMAZ.İNFO xəbər verir ki, o, hüquq mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra şahid qismində dindirilib.

İlqar İbrahimoğlunun özünün verdiyi məlumata görə, artıq sərbəstdir. O, şahid qismində dindirilib və verilən bütün sualları cavablandırdıqdan sonra sərbəst buraxılıb. “Məni şahid qismində dəvət etdilər. Orada zəriri olan bütün suallara cavab verdim. Hazırda sərbəstəm”.

Məscidin axundu onu da qeyd edib ki, bir neçə gün sosial şəbəkələrdə olmayacaq. O, bunu belə əsaslandırıb ki, texniki cəhətdən internet imkanlarından yararlana bilməyəcək.

Lakin sözügedən şəxs onun konkret olaraq hansı səbəbdən və hansı qurum tərəfindən saxlanıldığı barədə məlumat verməyib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə qeyd olunur ki, İlqar İbrahimoğlu DTX tərəfindən saxlanılıb. Buna səbəb isə onun İranla əlaqələri olub. Hazırda yayılan məlumatlarda deyilir ki, dünən axşam saatlarında daha bir neçə dindar saxlanılıb. Onlar İran xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinirlər.

Xatırladaq ki, son zamanlar İranla Azərbaycan arasında ciddi gərginliklər yaşanır. Tehran Bakını hərbi dildə belə təhdid etməkdən çəkinmir. Eyni zamanda, Iran Azərbaycanda “terrorçu”ların olduğunu və İsrailin hərbi baza qurduğunu da iddia edir ki, bu da ciddi narazılığa və sərt reaksiyaya səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button