Gündəm

Koçaryanın Qarabağ “arzuları”: “Ac toyuq yuxuda darı görər”

Ermənistanda bir qrup siyasətçilər seçicilərin könlünü, daha sonra səsini almaq üçün olmazın yalan vədlər verməkdən çəkinmirlər. Xüsusən də, Qarabağ məsələsi ilə bağlı yalan vədlər, pafoslu çıxışlar edənlər az deyil. Bu sırada Robert Koçaryan daha öndədir.

O, bu gün Ermənistanın Metsamor şəhərində keçirdiyi görüş zamanı deyib ki, Qarabağı keçmiş DQMV sərhədləri daxilində bərpa edə bilər. “Mənim əlimdə kifayət qədər əsas var deyəm ki, biz Qarabağı keçmiş DQMV-nin sərhədləri çərçivəsində bərpa edə bilərik”.

Koçaryan bildirib ki, hazırda ən böyük problem noyabrın 10-da imzalanmış bəyanatdır. “Həmin bəyanat 5 il müddətinə nəzərdə tutulub. 4.5 ildən sonra Azərbaycan rus sülhməramlılarının bölgədən çıxmasını tələb edə bilər. Bu artıq böyük bir anlaşılmaz vəziyyətin yaranması deməkdir. Öncəliklə bu hadisənin baş verməməsinə nail olmaq lazımdır”.

Sabiq prezident daha sonra qeyd edib ki, hazırda Ermənistan danışıqlar prosesində zəif tərəfdir. “Hazırda danışıqlar prosesində zəif tərəfik və mövqelərimiz çox zəifdir. Bunun üçün danışıqlar prosesi ilə paralel olaraq, ordunu bərpa etməli və gücləndirməliyik. Nə qədər tez ordunu bərpa etsək, danışıqlar prosesində mövqelərimizi də bir o qədər gücləndirə biləcəyik”.

P.S. Atalar misalında deyilir: “Ac toyuq yuxuda darı görər”. İndi Koçaryan da yuxuda darı görməklə məşğuldur. Və erməniləri də inandırmağa çalışır ki, onlar da yuxuda darı görsələr, aclıqları keçəcək.  

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button