Gündəm

Xaçaturovun nağılları, Qarabağ savaşı və “məğlubedilməz erməni ordusu” mifinin sonu

“44 günlük Qarabağda müharibəsində bizim ən böyük səhvimiz “Müdafiə Ordusu”nun lazımı səviyyədə döyüş hazırlığının olmaması idi”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın KTMT-dəki keçmiş nümayəndəsi, baş qərargah rəisinin müavini Yuri Xaçaturov deyib.

Onun sözlərinə görə, əgər Qarabağdakı erməni hərbi birləşmələri vaxtında yüksək döyüş hazırlığı keçsəydi, bütün ucqarları və mövqeləri tutsaydı, kazarmalarda heç kim, parklarda bircə dənə də olsun texnika qalmasaydı, hər şey başqa cür olacaqdı. “Ən böyük səhv Lələ Təpə istiqamətində hazırlıq səviyyəsinin aşağı olmasıydı. Həmçinin birinci ordu korpusunun ilk gündən döyüşə yollanması ikinci böyük səhv idi. Bu korpusu ehtiyatda saxlamaq lazım idi”.

Xaçaturov iddia edib ki, əgər onun dediklərini həyata keçirsəydilər, müharibə məğlubiyyətlə deyil, qələbə ilə başa çatacaqdı. “90-cı illərdə ordumuz, poliqonlarımız, hətta kazarmalarımız belə yox idi. Hətta doğru-düzgün silah-sursatımız da mövcud deyildi. Hər şey 90-cı illərin sonlarından etibarən qurulmağa başladı. Ordu üçün lazım olan hər şey əldə etmişdik. O qədər silah və sursatımız var idi ki, nəinki bir müharibəyə, ikincinsinə də çatardı”.

Qeyd edək ki, Yuri Xaçaturov hər nə qədər Ermənistan ordusunun güclü, döyüş qabiliyyıtli olduğunu iddia etsə də, nəticə göz qabağındadır. 44 gün ərzində onun dediyi nəniki birini korpus, hətta daha bir neçə korpus darmadağın edildi. 90-cı illərə gəldikdə isə həmin dönəmdə Azərbaycanın da nizami ordusu mövcud deyildi. Elə silah-sursat baxaımından da bir o qədər imkanı yox idi. Lakin Azərbaycan Ordusu birinci Qqarabağ müharibəsində ona görə, məğlub oldu ki, həmin vaxt Ermənistana nəinki Rusiya, hətta daha bir neçə ölkə bütün cəhətlərdən yardım edirdi. Amma İkinci Qarabağ savaşına Azərbaycan lazımi səviyyədə hazırlaşdığı üçün qələbəyə nail oldu.

Xaçaturov hesab edirsə ki, yeni müharibədə qalib olacaqlar, yenə yanılır. Çünki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Ordusu da, silah-sursatı da yerindədir. Əgər ermənilər bir daha savaş həvəsinə düşərlərsə, bu dəfə onları ruslar və fransızlar da xilas edə bilməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button