İqtisadiyyat

Ərzaq məhsullarının qiyməti bahalaşıb

2021-ci ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,9 faiz artaraq 17017,4 milyon manat olub.
Bu barədə məlumatı Bakı Şəhər Statistika İdarəsi yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq, 8931,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,2 faiz artaraq 8085,6 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button