İqtisadiyyat

500 manatlıqlar dövriyyədə: Xatirə pullar buraxıldı

Azərbaycan Mərkəzi Bankı rəşadətli ordumuzun əzəli torpağımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən müharibəsinin yaddaşlara həkk olunması, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarını dövriyyəyə buraxıb.

JAMAZ.İNFO-nun məlumatına görə, onlar qarşıdan gələn 8 noyabr – Zəfər Günü ilə əlaqədar dövriyyəyə buraxılıb.

Xatirə pul nişanlarının üzərində “Qarabağ Azərbaycandır!”, eləcə də Azərbaycanın işğaldan azad edilmiş şəhər və rayonlarının adları yazılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button