İqtisadiyyat

Ağcabədi İH-lə “Lələtəpə” MMC-nin müəmmalı bayram tenderi 

Ağcabədi Rayon İcra Hakimiyyəti respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi üçün tender elan edib. 

HİT.Az xəbər verir ki, keçirilən tender müsabiqəsinin qalibi “Lələtəpə” MMC olub. Bu məqsədlə İH tərəfindən şirkətə 41 500 manat ödənilib. Lakin qəribəsi odur ki, qarşıda hər hansı respublika əhəmiyyətli bayram tədbiri gözlənilmir.

Ağcabədi RİH-nin hansı bayram üçün tender elan etməsi və adı ilk dəfə eşidilən “Lələtəpə” MMC-yə pul köçürməsi çox müəmmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button