İqtisadiyyat

Azərbaycan Avropaya qaz tədarükünü artıracaq

 

2022-ci ildə Azərbaycan Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında deyib. “Report”un xəbərində bildirilir.

“Biz Türkiyəyə Avropa istiqamətində qaz tədarük edirik. Cənub Qaz Dəhlizi ilə 16 milyard kubmetr qaz tədarük etməyi planlaşdırılıb. Son nəticədə illik tədarükü 16 milyard kubmetr həcminə çatdıracağıq. Gələn il Türkiyə və Avropaya qaz ixracı tam həcmdə olacaq. Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz göndəriləcək”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə razılığa gəlib.

2021-ci ilin aprelində başa çatmış müqaviləyə əsasən, Türkiyə hər il Bakı-Tbilisi-Ərzurum boru xətti ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağından 6,6 milyard kubmetr qaz tədarük edirdi.

Azərbaycan qazı Türkiyəyə Cənubi Qafqaz Boru Kəməri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button