İqtisadiyyatManşet

Çörəyin topdansatış qiyməti bahalaşıb

Benzin və dizel yanacağının qiymətinin bahalaşmasından sonra bir sıra mal və məhsulların da qiymətində artım müşahidə olunur. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən çörəyin də topdansatış qiyməti artıb.

Belə ki, dünəndən dükanlara 45 qəpiyə satılan çörəyin qiyməti 48 qəpiyə qalxıb. Pərakəndə satışla məşğul olan dükan və marketlərdən daxil olan məlumata görə, qiymət artımı yanacağın bahalaşması ilə əlaqədardır. Çörək istehsalçıları yükdaşıma xərclərinin artmasını əsas götürərək qiyməti qaldırıblar.

Xatırladaq ki, çörəyin pərakəndə satış qiyməti dəyişməyib və əvvəlki kimi 50 qəpiyə satılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button