İqtisadiyyat

Ekspert: “Dünyada qlobal aclıq gözlənilmir”

“Ukraynada baş verən hadisələrin dünyada ərzaq qiymətlərinin qalxmasına təsiri şübhəsizdir. Bunun səbəbi təkcə gözlənilən qıtlıq deyil, həm də enerjidaşıyıcılarının, gübrələrin bahalaşması, ümumiyyətlə dünyada baş verən inflyasiya trendidir. Lakin bəşəriyyəti qarşıdakı illərdə aclıq gözləməsi ilə bağlı verilən proqnozlar, xeyli şişirdilib”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi iqtisadçı ekspert Qaşqay İsmayıldır.

O deyir ki, 2021-ci ildə dünyada 778 milyon ton buğda istehsal olunub. “Ukraynadan xaricə ixrac isə təxminən 16 milyon ton təşkil edib. Həmçinin Ukrayna 23 miilyon ton qarğıdalı, 6 milyon ton günəbaxan yağı ixrac edib. Dünya üzrə insanların qəbul etdiyi kalori miqdarının təxminən 1 faizi Ukraynanın ixrac etdiyi ərzaq məhsullarının payına düşür. Yəni Covid-19 pandemiyasında olduğu kimi, hər hansı plan həyata keçirilməzsə, təbii aclıq ehtimalı çox azdır”.

Onun sözlərinə görə, 2016-2020-ci illərlə  müqayisədə buğdanın qiyməti iki-üç dəfə artıb və bu artım davam edəcək. “Xüsusilə də Ukrayna buğdasından asılı olan Misir və Livan kimi ölkələr çətinlik çəkəcəklər. Bir sözlə, bahalıq və ərzaq təchizatında müəyyən problemlər ola bilər, amma aclığın qlobal problemə çevriləcəyi hələ ki gözlənilmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button