İqtisadiyyat

Elman Rüstəmov manatın məzənnəsindən, inflyasiyadan DANIŞDI

“Cari ildə ölkənin xarici ticarəti və tədiyyə balansı profisitdir. Valyuta bazarında tarazlıq müşahidə olunur”.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, milli valyutanın məzənnəsi sabitdir:

“Valyuta təklifi orta valyuta təklifini iki dəfə üstələyib. Uçot dərəcəsi 15 faizdən 6,25 faizə endirilib. Cari ildə pul bazası 7,3 faiz artıb. İllik inflyasiya 10 faiz təşkil etməklə hökumətin və Mərkəzi Bankın hədəflərindən kənarlaşıb. İstehlak kreditlərinin faiz dərəcəsinin azalması müşahidə olunur”.

Mərkəzi Bankın sədri bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib.

Onun sözlərinə görə,  qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır:

“Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürtələ yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button