İqtisadiyyat

Neft bahalaşdı, rubl sürətlə ucuzlaşır: “Rusiya iqtisadiyyatını çökdürəcəyik”

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra dünya birjalarında bir çox məhsulların bahalaşması müşahidə olunur. JAMAZ.İNFO xəbər verir ki, bu gün qızılın bir unsiyasının (31 qrma) qiyməti 1940 dolları keçib.

Neft də bahalaşmağa başlayıb. Müharibə xəbərindən sonra bir barrel neftin qiyməti 101 dolları keçib.

Bu əsnada Rusiya rublu sürətli şəkildə ucuzlaşmağa başlayıb. Dünən gecəni 1 dollar 81 rubl təşkil edirdisə, hazırda bu rəqəm 86.2 rubla qalxıb. Bir gecədə 5.77 rubl dəyər itirən rus valyutasının daha da ucuzlaşacağı gözlənilir.

Bundan başqa, ABŞ Rusiyaya qarşı sanksiyaları artıq tətbiq etməyə hazırlaşdığını bəyan edib. Prezident Co Baydenin ən yaxın adamlarından birinin “Wall Street Journal”a verdiyi açıqlamada bildirilir ki, bu gün konkret olaraq hansı sanksiyaların tətbiq ediləcəyini açıqlayacaqlar. “Bu sanksiyalar Rusiyanın bütün banklarını əhatə edəcək. Bundan sonra Rusiyanın heç bir maliyyə quruluğu təhlükəsizlikdə olmayacaq. Yeni sanksiyalar Rusiyanın maliyyə sistemini çökdürəcək, birjalarını sıradan çıxaracaq, sənayesini iflas etdirəcək və inkişaf etməsini əngəlləyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button