İqtisadiyyat

Ölkədə banklar bağlanır, yenisi isə yaradılmır

“Son illər Azərbaycanda bank sistemində dalğalanma yaşandı. Ard-arda təxminən ona yaxın bank bağlandı. Ona görə də bank sektoru xeyli dərəcədə daralıb”. Bunu iqtisadçı Natiq Cəfərli Modern.az-ın inkişaf edən iqtisadiyyat fonunda Azərbaycanda yeni bankların yaranmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, biz də bu sektor müasir deyil. “Dünya bank sistemi artıq klassik bankçılıq ənənələrindən çoxdan kənara çıxıb. Yəni, dünyanın bir çox ölkələrində banklar investisiya mərkəzlərinə çevrilib. Bizdə isə klassik ənənələr davam edir. İnsanlardan depozit götürüb, kredit vermək kimi. Banklar öz işini bununla məhdudlaşdırıb. Bu isə bazarı həddindən artıq daraldır və böyümə imkanlarını məhdulaşdırır. Ona görə də yerdə qalan bir banklar ayaqda qalmağa çalışır. Bazarın dar olması və bank sisteminin köhnə qaydalar əsasında çalışması yeni bankların açılmasına mane olur”.

N.Cəfərli bundan çıxış yolunu xarici bankların birbaşa bazara buraxılmasında görürür: “Köklü ənənələri olan banklar bazara daxil olsalar, müasir bankçılıq ənənələrini Azərbaycana gətirə bilərlər. Rəqabət yaransa, o zaman bizim banklar məcbur olub müasir qaydada fəaliyyət göstərə bilərlər. Bazarın dar və məhdud olması yeni bankların yaranmasında ən böyük əngəllərdən biridir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button