İqtisadiyyat

Pay torpaqları kütləvi satışa çıxarılır

Onun sözlərinə görə kəndlilər kütləvi sürətdə şəxsi pay torpaqlarını satıb, canlarını bu əziyyətli və səmərəsiz işlərdən qurtarmağa çalışırlar: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin aprel ayı 2020-ci ilin aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,1 faiz, sənaye məhsullarının istehsalçı qiymət indeksi 272,6 faiz, istehlak qiymətləri indeksi 104,3 artıb. Göründüyü ki, kənd təsərrüfatı istahsalında qiymət bahalaşması cüzi olub, lakin xərclər sürətlə artmaqdadır”.
Ekspert vurğulayıb ki, kəndlilər ötən il yonca sahələrinin 1 hektarını 25 manata biçdirdikləri halda, bu il həmin xərc 30 manata artıb: “Kəndlilər biçilən otu toplamaq üçün ötən il hər hektara 15 manat, bu il 20 manat, presləmək üçün 1 kipə görə ötən il 20 qəpik, bu il isə 30 qəpik ödəmək məcburiyyətindədir. Xərclərin artmasına baxmayaraq, 1 ot kipinin satış qiyməti 1-ci üzdə ötən ilki 2,7 manatdan bu il 2,0-2,5 manata qədər ucuzlaşıb. Bununla yanaşı doyunca sulanmayan yonca sahələrində məhsuldarlıq göstəriciləri də aşağı düşüb. Dizel yanacağının bahalaşması səbəbindən xidmət xərcləri artıb. Bütün bunlar kəndliləri təsərrüfatlardan çəkindirir, torpaqlarını satmağa məcbur edir. Hazırkı aqrar siyasətinin məqsədi kiçik təsərrüfatları sıradan çıxarmaq, torpaqları ələ keçirməkdir…”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button