İqtisadiyyat

Qubad İbadoğlu: “Hökümət neftin bahalaşmasından yeni iştaha gəlib”

“Sentyabrın 8-də Maliyyə Nazirliyi “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” verdi. Açıqlamadan görünürdi ki, hökümət gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti 11 milyard 860 manat proqnozlaşdırır”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri ADRP-nin sədri, tanınmış iqtisadçı-alim Qubad İbadoğlu Maliyyə Nazirliyinin açıqlamasını şərh edərkən deyib.

O qeyd edib ki, bu məbləğ bu ilki 12 milyard 200 milyon manatla müqayisədə 340 milyon manat və ya 2,8 faiz az olmaqla neft gəlirlərindən büdcə asılılığının azalma dinamikasını xarakterizə edirdi. “Lakin, dünya bazarında neftin qiymət bahalaşmasından vəcdə gələn, iştahının həddi-hüdüdu olmayan hakimiyyət 1 ay 17 gündən sonra fikrini dəyişərək, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti 12 milyard 710 milyon manata qədər artırıb.  Beləliklə də  gələn il büdcəyə neft fondundan daxilolmalar bu ilə nisbətən 510 milyon manat və ya 4,2 faizə qədər çox proqnozlaşdılır”.

Partiyta lideri vurğulayıb ki, bu barədə 27 oktyabr 2021-ci ildə “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan Respublikasının 2022- ci il üçün dövlət büdcəsi haqqında” Qanun layihəsində bildirilir. “Belə olacağı halda gələn il üçün büdcə gəlirlərinin yarısından çoxunu neft gəlirləri təşkil edəcək”.

İqtisadçı-alim dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdiyi  “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə yazılanlara faktiki vəziyyətin ziddiyyət təşkil etdiyini bildirib. “Prezidentin imzaladığı bu sənəddə qeyd olunur ki, “dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılmalıdır. Bu gün (yəni 2016-cı ildə) dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNF-dən edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir”. Son 5 ildə neft gəlirlərinin büdcədə payını 5 faiz belə azaltmayan hakimiyyət, sizcə, 2022-ci ildən sonrakı 3 ildə onu 35 faiz azaldaraq, 15 faizə çatdıra bilərmi? Təbii ki, yox. Bəs, onda prezident “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni kimin üçün təsdiq edib? Əgər, hökümət  buna əməl etməyəcəkdirsə, onda strateji yol xəritələrini hazırlamaq üçün on milyonlarla vəsaiti Mckinsey şirkətinə nədən ödəyirdik?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button