İqtisadiyyat

Qubad İbadoğlu: “Neftin qiyməti ucuzlaşacaq”

“Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.Dünən “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, Rusiya fevral və mart aylarının hər birində gündəlik neft istehsalını 75 min barrel, Qazaxıstan isə 10 min barrel  artıracaq: “Azərbaycan isə növbəti iki ayda gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq. Əgər COVİD-19 pandemiyası səbəbindən qlobal iqtisadiyyata təsir edən məhdudiyyətlər gələn aylarda da davam edərsə, o halda xam neftin dünya bazar qiymətlərində hazırda müşahidə olunan pozitiv dəyişikliklər dayana, hətta əks proses də başlaya bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button