İqtisadiyyat

Rövşən Ağayev: “Torpaqların icarəyə verilməsində qeyri-şəffaflıq var”

“İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi səlahiyyəti hələlik Kənd Təsərrüfatı Nazirliyinə həvalə edildi. Bu sahədə indiyə qədər tamamilə qeyri-şəffaf münasibətlər sistemi mövcud olub”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, ölkənin rayonları üzrə icarəyə verilən kənd təsrrüfatı torpaqlarının ümumi sahəsi, keyfiyyətə görə bölgüsü, icarəyə götürən subyeklərin adları, ödənilən icarə haqlarının həcmi, müqavilə müddətinə görə müqavilələrin sayı tam qapalı saxlanıb. “Bu gün bu məlumatları əldə edəcək heç bir açıq mənbə yoxdur. Halbuki hər bir rayon İcra Hakimiyyətinin saytında şəffaf siyahılarla bütün bu parametrlər üzrə hər il hesabatlar açıqlamaq olardı – amma kimsə buna ehtuyac dumayıb”.

Rövşən Ağayev deyir ki, qeyri-şəffaflıq və  hesabatsızlıq bununla bitməyib. Onun sözlərinə görə, torpaqlar açıq hərrac və müsabiqlər vasitəsilə icarəyə verilməli olduğu halda, icarədarların rəqabət şərtləri əsasında torpaq üzərində icarə hüquqları qazanmasına dair faktlar yoxdur ortada. “100 minlərlə  hektar dövlət torpaqları icarədədir, amma hər il büdcə bu mənbədən 3-5 milyon əldə edib”.

Ekspert sual edir ki, işğaldan azad edilmiş ərazilərdə də bu təcrübə davam etdiriləcək. “Yoxsa, bu münasibətləri ağ səhifədən başlamağa iradə olacaq? Gözləyək və izləyək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button