İqtisadiyyat

Rubl və neft yenə ucuzlaşdı

Rusiyanın milli valyutası rubl yenidən dəyər itirib. JAMAZ.İNFO xəbər verir ki, bu gün Moskva Birjasında rubl dollar qarşısında daha 40 qəpik ucuzlaşaraq, 76.25 rubl təşkil edib.

Qeyd edək ki, rubl avro qarşısında da dəyərdən düşüb. 48 qəpik ucuzlaşan rus pulu 91.21 rubla enib.

Bu əsnada, “Brent” markalı neftin yanvar ayı üçün satış qiyməti də aşağı düşüb. Belə ki, hazırda sözügedən markalı neftin bir barreli 1.87 faiz dəyərdən düşərək, 47.35 dollar olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button