İqtisadiyyat

Rusiya Azərbaycan pomidoru və almasına niyə qadağa qoyub? – İKİ RƏY

Xəbər verildiyi kimi, Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Rosselxoznadzor bu qərarını idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlaması ilə izah edib.

Qurumun açıqlamasında qeyd olunur ki, “bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”.

İqtisadçı ekspert, ADR sədri Qubad İbadoğlu hesab edir ki, Rusiya bazarına pomidor və almanın buraxılmaması təzyiq vasitəsidir. Onun sözlərinə görə, Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. “Bu bazara göndəriln kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki,  Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib. Hesablamalara görə,  Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir”.

ADR sədri hesab edir ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi vardır. “Çünki, Azərbaycan ordusu tərəfindən  qənimət  kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın  istehsalıdır və onların paradda nümayişi  Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və almaq qadağasını  qələbə paradının  əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”.

Rusiya Meyvə-Tərəvəz İstehsalçıları Mərkəzinin sədri Mixail Qluşkov isə hesab edir ki, Azərbaycandan gətirilən alma və pomidora qadağanın qoyulması ölkəyə heç bir təsiri olmayacaq. O deyib ki, bu qadağa müəyyən müddətə ölkədə qiymət bahalaşmasına səbəb olacaq, lakin bu uzun sürməyəcək. “Bizim özümüzün istehsalımız var. Bununla daxili təlabatımızı tam ödəyə bilməsək də, başqa imkanları nəzərdən keçirəcəyik. Düzdür, Azərbaycandan Rusiyaya hər il böyük həcmdə pomidor gətirlir. Bu bizim daxili təlabatımızın 30.9 faizini təşkil edirdir. Meyvədə təhlükəli qurudun tapılması daxili qorumağa məcbur edir bizi”.

Amma Mərkəz rəhbəri Azərbaycan almasının Rusiyaya elə də çox gətirilmədiyini dilə gətirib. O deyib ki, Azərbaycandan Rusiyaya son bir ildə 92 min ton alma, armud və heyva gətirilib. “Moldova, Serbiya və Argentinadan sonra Azərbaycan 9.7 faizlə 4-cü yeri tutur. Lakin Azərbaycandan alma idxalı elə də təsirli gücə malik deyil. Həm də biz artıq özümüz üçün xüsusi istixanalar hazırlamışıq və bununla da bir çox təlabatlarımızı ödəmək iqtidarındayıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button