GündəmManşet

Əliyev-Puitin-Paşinyan görüşünün dəqiq tarixi məlum deyil

Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasından keçiriləcək videokonfrans şəklində görüşün dəqiq tarixi hələ müəyyən edilməyib. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Putin, Əliyev və Paşinyanın videokonfrans formatındakı görüşün mövzusu barədə əlavə izahat verəcək. “Bəli, biz təsdiq edirik ki, belə bir görüşə hazırlıq gedir. Ancaq burada qeyd etmək istəyirik ki, belə bir videokonfransın nə vaxt keçirilə biləcəyi ilə bağlı dəqiq razılaşmalar və anlaşma yoxdur. Bu iş davam edir”.

Qeyd edək ki, Peskov ötən gün üçtərəfli görüşün keçiriləcəyini və bunun bu həftə içində baş tutacağını bildirmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button