CəmiyyətManşet

Ərdoğan iyunun 15-də Bakıya, bir gün sonra isə Şuşaya səfər edəcək

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri iyunun 15-nə planlaşdırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı RİA-Novosti Xəbər Agentliyi özəl mənbələrə istinadən yayıb.

Məlumatda deyilir ki, Ərdoğan Bbakıda keçirdiyi görüşlərdən sonra, iyunun 16-da Şuşaya səfər edəcək.

Bildirək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin təhsil naziri Ziya Selçuku qəbul edərkən, səfər məsələsinə toxunub. O deyib: “Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button