GündəmManşet

16 noyabr döyüşlərində ölən daha 11 erməni əsgərin meyidi tapılıb: Blogger sirrin üstünü açdı 

Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhəddində baş vermiş məlum təxribatdan sonra erməni tərəfi itkilərini maksimum gizlətməyə çalışır. İndiyə qədər cəmi 6 əsgər itirdiklərini, 32 əsgərinin isə əsir düşdüyünü bildirən Ermənistan Müdafiə Nazirliyinin yalanının üstünü Aram Qoriqoryan adlı blogger açıb.

O qeyd edib ki, sözügedən döyüşlərdə meyidi tapılan erməni əsgərlərin sayı 6 nəfər göstərilir. “Lakin döyüş meydanında qalmış erməni əsgərlərlə bir neçə gün maraqlanmayıblar. Daha sonra axtarışlar başlayıb. Daha doğrusu, Azərbaycan tərəfi ərazidəki meyitləri yığaraq, Ermənistan tərəfinə verib”.

O bildirirb ki, hazırda İrəvandakı müxtəlif xəstəxanalardakı morqlarda daha 11 erməni əsgərinin meyidi saxlanılır. “Yaxın günlərdə onlardan 9-nun dəfni həyata keçiriləcək. Digər ikisinin dəfni isə bir qədər yubadılacaq”.

Aram Qriqoryan deyib ki, Ermənistan hökuməti itkilərin sayını qəsdən gizlədir. Onun sözlərinə görə, rəsmi İrəvan bu məsələdə cəmiyyətdə  ajiotaj yaranmasını istəmir.

Blogger ölənlərin sayının bununla yekunlaşacağına inanmadığını da deyib. O bildirib ki, döyüş meydanında erməni əsgərlərinin meyidlərinin qalması istisna edilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button