DünyaManşet

3 kəndin sakinləri köçür: Şurnuxu,Vorotan və Bərdzirəvan

Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Vorotan kəndinin sakinləri hökumətə vaxt veriblər. JAMAZ.İNFO xəbər verir ki, onlar Azərbaycan tərəfinin Gorus-Qafan yolunda gömrük postları qurmasından sonra blokadaya düşdüklərini deyirlər.

Bundan başqa, Ermənistanın daha iki kəndi də özünü “bloka”da da hissi edir. Onlardan biri Şurnuxu, digəri isə Bərdzirəvandır. Lakin yerli hökumət qeyd edir ki, hər hansı problem yoxdur, onlar bütün məsələləri həll edəcəklər.

Vorotan sakinləri isə deyirlər ki, hal hazırda yolsuz qalıblar. “Kəndə çörək və digər ərzaq mallarını birtəhər gətirə bilirik. Gorusla demək olar ki, əlaqələrimiz kəsilib. Ora gedib çıxmaq üçün torpaq yolla ən azı 15 km getməliyik. Ondan sonra Tatev-Ağvan yoluna çıxa bilirik. Bu da bizim həm vaxtımızı, həm də pulumuzu alır”.

Erməni kəndlilər deyir ki, əgər belə davam edərsə, onlar kəndlərini tərk edəcəklər. “Biz hökumətə xəbərdarlıq etmişik. Əgər təhlüksəziliyimiz təmin olunmasa, yollarımız düzəlməsə, kəndi tərk edəcəyik. Çünki dediklərimiz həllini tapmasa, burada yaşamaq mümkün deyil”.

Xatırladaq ki, Azərbaycanla sərhəddə yerləşən Şurnuxu, Bərdzirəvan və Vorotan kəndlərində toplam 700 nəfər yaşayır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button