ManşetSiyasət

AB Dövlət departamenti: “Qarabağ məsələsi xalqların öz müqəddəratını təyin etmə hüququ əsasında həll olunmalıdır”

Bir neçə gün əvvəl Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfirlərinin Şuşa şəhərinə səfəri təşkil olunmuşdu. JAMAZ.İNFO xəbər verir ki, həmin səfərə ATƏT-in Minsk Qrupunun üzvü olan ABŞ, Rusiya və Fransa səfirləri qatılmaqdan imtina etmişdilər.

Qeyd edək ki, səfərə qatılmayanlar arasında Britaniya və Almaniya kimi digər iri dövlətlərin də səfirləri qatılmamışdılar. Bu gün ABŞ Dövlət Departamentinin verdiyi açıqlama isə onların hansı səfərdən Şuşaya getmədiklərinə aydınlıq gətirib. Daha doğrusu, Vaşinqtonun Qarabağla bağlı planlarında nələrin nəzərdə tutulduğu üzə çıxıb.

Departamentdən “Amerikanın Səsi” radiosunun erməni bürosuna verilən açıqlamada qeyd olunur ki, ABŞ Dağlıq Qarabağ “münaqişəsi”nin ATƏT-in Minsk Qrupu çərçivəsində dinc yolla həllinin tərəfdarıdır. “ABŞ Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi altında ərazi bütövlüyü, bərabərhüququlu və xalqların öz müqəddəratını təyin etmə haqqı əsasında həllini dəstəkləyir”.

Oradan bildirilib ki, bu yaxınlarda ABŞ-ın dövlət katibi Entoni Blinken və Fransanın XİN başçısı Le Drian arasında keçirilən görüşdə də Qarabağ məsələsi müzakirə olunub. “Görüşdə qeyd edilib ki, tərəflər münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Hesab edirik ki, məsələnin dinc yolla həlli ilə Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə nail olmaq mümkündür”.

Jurnalistin ünvanladığı “Amerika səfiri Şuşaya səfərə qatılmaqdan niyə imtina edib” sualına cavabında Departamentdən bildiriblər ki, onlar səfirin iş qrafiki barədə məlumatları şərh etmirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button