GündəmManşet

Ağdərədə öldürülən erməniyə görə Azərbaycan əsgəri həbs olunub?

Xəbər verildiyi kimi, ötən gün rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağda mülki vətəndaşın ölməsi halı qeydə alınıb. Belə ki, Ağdərə rayonunda erməni kəndlinin nar bağında meyidi tapılıb. Erməni tərəfinin iddiasına görə, həmin şəxs Azərbaycan tərəfindən snyaper tüfənglə açılan atəş nəticəsində ölüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq, erməni sakinin Azərbaycan snayperi tərəfindən öldürülməsinin yalan olduğunu bəya edib. Nazirlikdən bildirilib ki, Azərbaycan hərbi bölmələri istiqamətindən Qarabağ istiqamətində hər hansı atəş açılmayıb.

Bölgədə olan rus sülhməramlıların komandanlığı isə açıqlamasında qeyd edir ki, məsələ ilə bağlı araşdırma aparmağa başlayıblar. Onlar Ağdərədə nar bağında işləyən erməni sakinin atıcı silahla vurularaq, öldürüldüyünü təsdiq ediblər.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın sabiq deputatı Arman Abovyan isə iddia edib ki, rus sülhməramlıların israrlı tələbindən sonra  Azərbaycan hərbi komandanlığı snayperçi əsgəri həbs edib. “Mika Balayanın rəhbəri olduğu tanınmış teleqram kanalında gedən xəbərə görə, Azərbaycan dünən Rusiya tərəfinin təzyiqlərindən sonra Qarabağda bir erməni kəndlini öldürən snayperi həbs ediblər. Əgər bu məlumat doğrudursa, deməli, irəliyə doğru bir addım atılıb”.

Abovyan daha sonra bildirib ki, ruslar azərbaycanlılara çox sərt şərtlər qoyublar. Onun sözlərinə görə, hazırda aydınlaşdırmalı məsələlər var. “Həqiqətənmi Azərbaycanlı snayper həbs olunub? Əgər həbs olunubsa, erməni tərəfi həmin əsgərin Qarabağ hakimiyyətinə təhvil verilməsi üçün hər hansı addım atıbmı? Ən nəhayət, Azərbaycan Ordusu nə vaxt Ermənistan və Qarabağdan çıxarılacaq?”

Qeyd edək ki, Abovaynın məlumatı həqiqəti əks etdirməyə bilər. Düzdür, ruslar bu məsələdə israr edə bilərlər. Amma onların da israrı araşdırma səviyyəsini keçməyəcək. Əgər məlumat doğru olarsa, bu, Azərbaycan üçün biabırçılıq deməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button