ManşetSiyasət

Alen Simonyan: “Qarabağı Rusiya Azərbaycana satdı”

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Komsomolskiy Pravda” qəzetinə verdiyi müsahibəsində qalmaqallı fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, erməni spiker Qarabağ müharibəsinin günahkarı kimi, Rusiyanı göstərib.

O, jurnalistin “İddialar var ki, Ermənistan hakimiyyəti Qərbə inteqrasiya etmək üçün Qarabağı satdı” sualına cavab olaraq bildirib ki, belə bir şey mümklün deyil. “Erməni cəmiyyətində belə bir əminlik var ki, Qarabağı Rusiya satıb. Siz haradan o qənaətə gəlmisiz ki, biz Qarabağı satmışıq? Siz bununla erməni xalqını, bu torpaqlar üçün qanını tökən insanları təhqir edirsiniz. Əgər Qarabağı satmaq, Azərbaycana vermək fikrimiz olsaydı, bunun üçün bu qədər qan tökməyə gərək qalmazdı. Elə Rusiya XİN-in təklifini qəbul edib, torpaqları verərdik”.

P.S. İstər jurnalist, istərsə də Simonyan hələ də qanmırlar ki, Qarabağı Azərbaycan Ordusu öz qanı, canı bahasına işğaldan azad edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button