ManşetÖlkə içi

Əsir düşənlər arasında 8 erməni məmur da var

Şirak vilayətinin Amasiya icmasının 8 yüksək çinli məmuru da Şuşanın yaxınlığında, Çaylaqqala kəndində Azərbaycan Ordusuna əsir düşüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Amasiyanın rəhbəri Cemma Arutyunyan açıqlama verib.

O deyib ki, həmin məmurlar könüllü olaraq “cəbhə”yə gediblər və iki gün mühasirədə qaldıqdan sonra əsir düşüblər. Arutyunyan daha sonra bildirib ki, əsir düşənlər arasında Amasiya rayonunun Meqraşat məntəqəsinin rəhbəri Vaqram Saqatelyan da var.

Erməni Cemma qeyd edib ki, həmin məmurların geri alınması üçün danışıqları rus sülhməramlıları aparırlar. Onun sözlərinə görə, bu günlərdə 8 məmurun əsirlikdən azad ediləcəyi gözlənilir və bununla bağlı prinsipial razılaşma əldə olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button