GündəmManşet

Anatoli Vasserman: “Bakı və İrəvan bir-birlərinə təzyiqlər edəcəklər”

“Nəzərimcə, hər şey əvvəlcədən hazırlanmışdı. Ermənistanda rəngli inqilabdan sonra hakimiyyətə gələn Paşinyanı əvvəlcədən onu tanıyanlar birmənalı şəkildə bildirirlər ki, o, Qarabağdan imtina etmək üçün namizəd göstərilib”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə siyasi məsləhətçi Anatoli Vasserman çıxış edib.

O, Rusiya mətbuatına verdiyi müsahibədə bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra bütün təcrübəli generalları istefaya göndərib. Vasserman vurğulayıb ki, bunun ardından hərbi təcrübəsi olan siyasətçiləri isə ya həbs ediblər, ya da istintaq altında saxlayıblar. “Böyük zəhmətləri və təcrübələri olan kəşfiyyatçı və əks-kəşfiyyatçılar təcrübəsizlərlə əvəzlənib. Çoxları təəccüblənirdi ki, belələri ilə Azərbaycanla müharibəyə necə hazırlaşmaq mümkündür. Deməli, belə hazırlanırmışlar”.

Vasserman bildirir ki, Azərbaycan müharibəyə pandemiyadan əvvəl hazırlaşıb. “Azərbaycan hazırlaşıb, silahlar alıb. Rusiyadan, Türkiyədən, Allah bilir daha hansı ölkədədən silahlar alıb. Ona görə ki, məğlub ölkə statusundan xilas olsun. Mənim nəzərimcə, bu çox ağıllı siyasətdir”.

Qarabağda müharibənin yenidən başlamaq ehtimalı bardə suala cavab verən siyasi məsləhətçi qeyd edib ki, nə qədər Rusiya sülhməramlıları oradadır, döyüş əməliyyatları olmayacaq. “Mən istisna eləmirəm ki, tərəflər hansısa formada bir-birlərinə təzyiqlər edəcəklər”.

Vasserman onu da deyib ki, Gürcüstan da Türkiyə və Aazərbaycan kimi Ermənistana iqtisadi blokadada qalmasına dəstək verəcək. “Böyük ehtimalla belə də olacaq. Unutmayaq ki, iqtisadi müharibə həqiqi müharibədən daha çətin və təhlükəlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button