ManşetSiyasət

Andrey Areşev: “Rusiya olmasaydı Xankəndi ermənilərdə qalmazdı”

“Rusiya bacardığı qədər Ermənistana yardım edir və maksimum dəstək verir. Bu gün Rusiyanı günahlandırmaq Ermənistanın yardım üçün yazılı müraciəti qədər perspektivsizdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu rus ekspert Andrey Areşev deyib.

O deyib ki, Moskvanın niyyətlərinə Azərbaycanla genişmiqyaslı eskalasiya daxil deyil. Onun sözlərinbə görə, Türkiyə bunu yalnız ona görə dəstəkləyir ki, Bakı dərhal Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi məsələsini qaldıracaq. “Mən İrəvanda kiminsə Rusiyanın Qafqazdan tamamilə çıxması və regionun geosiyasi xəritəsinin kardinal şəkildə yenidən formalaşdırılması perspektivi ilə dolu olan bu ssenariyə can atması ehtimalını istisna etmirəm. Amma mən düşünmürəm ki, belə planlar varsa, onlar erməni xalqının, Ermənistan dövlətinin uzunmüddətli maraqlarından irəli gəlir. Bu mənada mən Paşinyanı, onun ətrafındakı, qeyri-adekvat addımları ilə önə çıxan insanları nəzərdə tutmuram. Onlar vəziyyəti çıxılmaz vəziyyətə salıb”.

Areşev daha sonra deyib ki, “Rusiya əlindən gələni edir. Rusiya olmasaydı, Xankəndi Dağlıq Qarabağın nəzarəti altında qala bilərdimi?”.

Ermənistan tərəfinin Rusiyanın sərhədin demarkasiyası-delimitasiyası ilə bağlı təkliflərinə razılıq verməsindən sonra yeni müharibənin ola biləcəyi sualına Areş belə cavab verib: “Bu suala Paşinyan daha yaxşı cavab verə bilər. Çünki o, müvafiq sazişi imzalamaqdan və müzakirə etməkdən yayınıb. Onu kimin yönəltdiyini söyləmək mənim üçün çətindir. Bəlkə də Qərb ona kömək edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button