ManşetSiyasət

Aram Sarkisyan: “Ermənistan Qarabağı “müstəqil” yox, subyekt kimi tanımalıdır”

Bu gün İrəvanda Qarabağla bağlı daha bir yığıncaq təşkil edilib. JAMAZ.İNFO xəbər verir ki, növbəti yığıncağın təşkilatçısı Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyandır.

Qeyd edək ki, Ermənistanda son bir ayda belə toplantıların sayı onlarla olub. Və həmin yığıncaqlarda Qarabağı necə “xilas” etməyin yollarını axtarıblar və xeyli sayda öz aralarında düşmən də tapıblar. Bu dəfəki dinləmələr isə Ermənistanın Qarabağı subyekt kimi tanımasının qanuni əsaslarını müəyyən etməklə bağlı olub.

Sarkisyan bildirib ki, hal hazırda ATƏT-in Minsk Qrupu gündəmsiz qalıb. Onun sözlərinə görə, MQ haradan başlayacağını da bilmir. “Azərbaycan, ümumiyyətlə, Qarabağ probleminin olmadığını bəyan edir. Bunun fonunda Ermənistan hakimiyyəti çox zəif mövqe tutub. Bu baxımdan hesab edirik ki, Dağlıq Qarabağın subyekt kimi formalaşmasının qanuniliyinin tanınması məsələsini gündəmə gətirmək lazımdır. Bu, statusun müəyyənləşdirilməsi ilə bağlı gələcək danışıqlar üçün əsas olacaq. Əgər Ermənistan tərəfi işə başlamasa, o zaman beynəlxalq tərəfdaşlarımızdan tələb edəcəyimiz heç bir şey qalmayacaq”.

EDP-nin rəhbəri eyni zamanda vurğulayıb ki, Dağlıq Qarabağın subyekt kimi formalaşmasının qanunauyğunluğunun tanınması Dağlıq Qarabağın “dövlət” olaraq tanınması demək deyil. “Bu, sadəcə olaraq, Ermənistanın Qarabağı subyekt olaraq elan etməsinə çağırışıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button