ManşetSiyasət

Arayik Arutyunyan yerinə “namizəd” axtarır: YAXIN GÜNLƏRDƏ İSTEFA VERƏCƏK

Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyan qondarma “prezident” postindan istefa verməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı Ermənistanda nəşr olunan “Past” qəzeti yayıb.

Həmin məlumatda deyilir ki, Arayik bunun üçün Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini gözləyir. Seçkilərdən sonra isə “sudan quru çıxmaq üçün” getməyi planlaşdırır.

“Past”ın iddiasına görə, erməni separatçılarının rəhbəri hazıra öz yerinə daha münasib bir namizəd axtarır. Belə ki, onun axtardığı “namizəd” Ermənistan müxalifəti ilə yaxınlığı ilə seçilməlidir. Ki, bu da konkret plana hesablanıb. “Artıq Xankəndidəki mənbələr də təsdiq edir ki, Aryik Arutyunyan öz yerinə namizəd axtarır. O yaxşı bilir ki, Ermənistanda baş verənlər hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Ona görə də, elə namizəd axtarır ki, həmin şəxs Ermənistan müxalifətinə yaxın olsun. Bu da konkret plana hesablanıb. Çünki Arayik getdikdən sonra haqqında cinayət işinin açılmamasını, habelə onun biznes və digər işlərinin araşdırlmamasını istəyir. Yeni namizəd də bunun təminatşısı olmalıdır”.

Erməni nəşrinin yazdığına görə, yaxın günlərdə Qarabağda “hakimiyyət dəyişikliyi” baş verəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button