DünyaManşet

Arayik Arutyunyanla deputat arasındakı şok telefon danışığı: “Nikol-Mikol, arvadını öldürəcəklər”

Qarabağdakı terrorçuların rəhbəri Arayik Arutyunyanla Ermənistanın keçmiş deputatı Ruslan İsrailyan arasında noyabrın 6-7-də telefon danışıqlarının səs yazısı yayılıb. JAMAZ.İNFO xəbər verir ki, həmin telefon danışığında Arayikin Ruslandan yardım istədiyi, artıq məğlub olduqları və heç bir köməyin gəlməyəcəyi məsələlərindən danışılıb.

Həmin danışıqlar zamanı Arutyunyan deyir ki, 10 gündür Ermənistanın baş naziri Nikol Paşinyana müharibənin dayandırılması üçün addım atmasını istəyib, buna görə hətta yalvarıb.

Arayik Arutyunyan: “Amma bütün cəhdlərim boşa çıxırdı. Özünün dediyi kimi, “siyasi fəndləri”nə davam edirdi. Ona deyirdim ki, əgər Xocavəndə kimsə gələrsə, mən Xankəndini qoruya bilərəm. Lakin o, heç kimi göndərmədi”.

Ruslan İsrailyan: “Araik, məni başa sal görüm, sənə dəstək göndərsələr, getsək və bizim hamımızı, Nikol-Mikol-arvadını öldürəcəklər”.

Arayik Arutyunyan: “Xalq düşünür ki, biz qalib gəlirik. Əksinə, məğlub oluruq”.

Qeyd edək ki, həmin səs yazısı erməni dilində olduğundan tam tərcüməsi tərəfimizdən imkansızdır. Lakin bu telefon danışığı yayıldıqdan sonra Ermənistanda ortalıq yenidən qarışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button