ManşetÖlkə içi

Arayik Harutyunyanla Xankəndinin “meri” əlbəyaxa oldu: David Sarkisyan baş separatçını vurub

Xəbər verildiyi kimi, dünən Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan Xocavənd rayonuna gedərək, orada görüş keçirib. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə bir sıra məsələlərdən danışılıb və Arayik Xocavənddəki ermənilin başının altına yastıq qoyaraq, onlara “böyük dağlar” vəd verib.

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti isə məlumat yayıb ki, Harutyunyanın bütün səfərlərində iştirak edən Xankəndinin qondarma “meri” bu dəfə görüşdə iştirak etməyib. Bunun səbəbi isə Arayik Harutyunyanla David Sarkisyan arasında münasibətlərin pisləşməsi olub. Qəzet yazır ki, bir neçə gün bundan əvvəl separatçıların Xankəndidəki qərargahında (qondarma “prezident admnistrasiyası”) David Sarkisyanla Arayik arasında mübahisə yaşanıb. Əvvəlcə yüksək səs tonu ilə başlayan danışıq, sonradan əlbəyaxa davaya çevrilib. Məsələyə mühafizə qarışdıqdan sonra ortalığı sakitləşdirmək mümkün olub.

Separatçıların bir-birlərinə əl qaldırmasının konkret səbəbləri bilinimir. Eerməni nəşri də bunu dəqiqləşdirmək üçün bir neçə mənbəylə əlaqə saxlayıb. Lakin onlar məsələ barədə danışmaq istəməyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button