CəmiyyətManşet

Arayik Qarabağda “səfərbərlik” elan etdi: 18 yaşına çatanları hərbi xidmətə çağırırlar  

Qarabağdakı terrorçuların rəhbəri Arayik Arutyunyan bu gün “sərəncam” imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin “sərəncam”a əsasən Qarabağda 2021-ci ilin yay hərbi çağırış elan edilib.

Belə ki, Arayik iyunun 30-dan iyulun 15-nə kimi yaşı 18-i tamamlamış Qarabağda yaşayan ermənilər həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Qarabağın dağlıq ərazisinin Azərbaycanın tərkib hissəsi olduğu sənədlə təsdiqlənsə də, Xankəndidəki erməni terrorçuları bununla barışmaq istəmirlər. Hər vəchlə qondarma “dövlət”lərini qorumağa, imitasiyalar etməyə çalışırlar. Lakin Arayik itinə “dur” deməyin vaxtı nəinki çatıb, hətta keçib. Azərbaycan hakimiyyəti dövlət içində özünə “dövlət” quranları cəzalandırmağa borcludur. Əks təqdirdə, bu, Qarabağın Azərbaycanın tərkib hissəsi olmadığını demək kimi anlaşıla bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button